Əfsanəvi futbolçu VƏFAT ETDİ - FOTO

Almaniyanın sabiq futbolçusu Andreas Brehme 63 yaşında vəfat edib.
Sfera.az bildirir ki, o, dünən gecə Münxendə ürək tutması nəticəsində dünyasını dəyişib. Əfsanəvi futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Andreas Brehme Almaniyanın milli komandasının sol cinah müdafiəçisi olub. O, 1990-cı ildə İtaliyada, 1986-cı ildə Meksikada keçirilən Dünya Kubokunun və 1992-ci ildə Futbol üzrə Avropa Çempionatının finalçısı, 1988-ci ildə keçirilən Avropa Futbol Çempionatının yarımfinalçısıdır.
1984-1994-cü illərdə Almaniya millisində 86 dəfə yaşıl meydana çıxıb, 4-ü dünya çempionatının finalında olmaqla 8 qol vurub.
O, “Kayzerslautern”, “Bavariya” və “İnter”də çıxış edib, 481 matçda 65 dəfə fərqlənib. Brehme karyerası ərzində 2 Almaniya Liqası, 1 İtaliya Liqası, 1 UEFA Kuboku və 1 Dünya Kubokunun qalibi olub.
Fatimə Lətif