Cari ildə bu universitetlərin qiymətləndirilməsi nəzərdə tutulur - SİYAHI

Cari ildə bu universitetlərin qiymətləndirilməsi nəzərdə tutulur - SİYAHI

"2024-cü ildə peşə təhsil müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi də nəzərdə tutulub".

 

Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

 

Qeyd edilib ki, ibtidai sinif müəllimliyi üzrə aşağıdakı ali təhsil müəssisələrinin qiymətləndirilməsi də məqsədlər arasındadır:

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı

Bakı Qızlar Universiteti

Bakı Slavyan Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dillər Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

Xəzər Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı

Gəncə Dövlət Universiteti

Naxçıvan Dövlət Universiteti

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR