"Övladların tərbiyəsi ilə məşğul olmurlar" - Ekspert məktəbdə baş verən hadisədən DANIŞDI

Cəmiyyətdə valideyn məsuliyyətsizliyindən, həmçinin, ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan xoşagəlməz hallar uşaq hüquqlarının pozulmasına gətirib çıxarır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

“Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideynin mühüm vəzifələri sırasına uşağın tərbiyəsi, təhsili, sağlamlığı və müalicəsi daxildir. Təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlar göstərir ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalır (Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması). Məktəblərdə zorakılığa məruz qalan uşaqların sayı artıb. ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i bullinqlə rastlaşırlar. Qərb ölkələrindəki təhsil tədqiqatlarına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir”.

 

Kamran Əsədov diqqətə çatdırıb ki, şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideynləri ilə bölüşə bilmədiyi, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərələr çıxır.

 

“Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub. Həmin məcəllədə valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin, onların tərbiyəsinə, sağlamlığına və psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Yəni, evdə valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar. Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlə...

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...