Ötən il 13 universitet institusional akkreditasiyadan keçirilib - RƏSMİ

Ötən il 13 universitet institusional akkreditasiyadan keçirilib - RƏSMİ

"2023-cü ildə 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilmişdir". 

 

Sfera.az xəbər verir ki, bunu bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin media nümayəndələri ilə 2023-cü il üzrə hesabat görüşündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

 

Sözügedən ali təhsil müəssisələri aşağıdkılardır:

 

Azarbaycan Texniki Universiteti

Bakı Dövlət Universiteti

Azarbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azarbaycan Memarlıq və İnşaat Universiteti

Azarbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Bakı Dövlət Universitetinin Qazax filialı

Sumqayıt Dövlət Universiteti

Xəzər Universiteti

Lənkəran Dövlət Universiteti

ADA Universiteti

Azərbaycan Tibb Universiteti

Bakı Mühəndislik Universiteti

 

"Ali təhsil müəssisələri 271 meyar üzrə qiymətləndirmə edilir, yekunda hesabat nəzərdən keçirilir, təsdiqlənərsə, 5 il müddətində həmin ali təhsil müəssisəsi akkreditasiyadan keçmiş sayılır",- T.Əhmədov əlavə edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR