HƏMAS-la müharibənin İsrailə vurduğu zərər AÇIQLANDI

HƏMAS-la müharibənin İsrailə vurduğu zərər AÇIQLANDI

Fələstinin HƏMAS radikal qruplaşması ilə uzun sürən müharibə 2023-cü ilin dördüncü rübündə İsrailin ÜDM-inin illik 20 faiz (19,4 faiz) azalmasına səbəb olub. 


Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” (TOI) qəzeti Mərkəzi Statistika Bürosunun ilkin qiymətləndirməsinə istinadən məlumat yayıb.

 

HƏMAS ilə müharibənin başlaması İsrail iqtisadiyyatında 2020-ci ilin aprel-iyun aylarından bəri ən kəskin rüblük tənəzzülə gətirib çıxarıb. Belə ki, bu, koronavirus pandemiyası nəticəsində ölkənin ÜDM-inin təxminən 30 faiz azaldığı dövrü ilə müqayisə edilib. Ekspertlər ümumilikdə 2023-cü ilin oktyabr-dekabr aylarında İsrail iqtisadiyyatının rüblük olaraq 5,2 faiz azaldığını bildiriblər.

 

Bu dinamikaya bir sıra amillər təsir edib. Əsas xərclər arasında işlərini tərk etməli olan 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırılması, eləcə də ölkənin şimal və cənub sərhəd bölgələrindən təxliyə edilmiş 120 mindən çox israilli üçün hökumətin maliyyələşdirdiyi mənzil tikintisi də var.

 

Bundan əlavə, İordan çayının qərb sahilindən fələstinli işçilərin İsrailə girişinə qoyulan məhdudiyyətlər də iqtisadi böhranın pisləşməsinə səbəb olub. Sonuncu vəziyyət son nəticədə ölkədə kadr çatışmazlığının daha da pisləşməsinə səbəbdir. 

 

Qeyd edək ki, bundan əvvəl Vaşinqton Beynəlxalq Maliyyə İnstitutunun (IIF) analitikləri qlobal iqtisadi artımın 2023-cü ildəki 3,1 faizdən 2024-cü ildə 2,4 faizədək azalacağı və İsraillə HƏMAS arasında münaqişənin mənfi inkişafı ilə bağlı proqnoz vermişdilər. Öz növbəsində Yaxın Şərqdə baş verən əsas hadisələri nəzərə alaraq, ekspertlər bu ilin dekabr ayının sonunadək qlobal ÜDM artımının 2,8 faizədək azalacağını proqnozlaşdırıblar.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...