Qədim Şotlandiya təcrübəsi “TikTok” trendinə çevrildi - Herkle-Durkle nədir?

Qədim Şotlandiya təcrübəsi “TikTok” trendinə çevrildi - Herkle-Durkle nədir?

19-cu əsrə aid olan Şotlandiya təcrübəsi TikTok trendi sayəsində geri qayıdıb.

 

Sfera.az bildirir ki, “Hurkle Durkling” (Herkle-Durkle) bütün video paylaşma platformasını ələ keçirib.


Sosial şəbəkə istifadəçiləri bu trenddən ötrü növbəyə düzülüb və hərə bir cür Herkle-Durkle çəkib paylaşırlar. Bəlkə də, çoxumuz əslində Herkle-Durkle ilə məşğul olmuşuq, amma bundan heç xəbərimiz də yoxdur.
 

“Hurkle Durkle” heşteqi “Tik-Tok” sosial şəbəkədə inanılmaz dərəcədə populyarlaşıb. Hazırda bu heşteqli videolara artıq 5,5 milyondan çox insan baxıb. Adı gülməli və qeyri-adi görünsə də, Yer kürəsindəki insanların hər 5 nəfərindən 4-ü Herkle-Durkle tətbiq etmişlər. Əslində, bu qədim Şotlandiya təcrübəsi qalxmaq vaxtı çatıb, zəngli saat çaldıqdan sonra yataqda uzanmağı əhatə edir.


Siqnal çaldıqdan sonra yataqdan qalxmaq istəmədiyimiz üçün, özümüzü əzgin hiss edirik. Amma şotlandlar bu davranışı qəbul etməyə və özünü yataqdan həmin dəqiqə durmağa məcbur etmir. Şotland dilindəki "hurkle durkle" ifadəsindən hərfi mənada "ayağa qalxmadan yataqda yatmaq və ya boş qalmaq" deməkdir.



Qeyd edək ki, cəmi bir il əvvəl TikTok-da fərqli boşluq növü məşhur idi: insanlar bütün günü yataqda vaxt keçirirdilər. Şotlandiya təcrübəsi isə göstərir ki, yataqda yalnız səhər saatlarında tənbəllik etmək olar.


Bizim çoxumuz əslində xəbərimiz olmadan Şotlandiya təcrübəsini tətbiq edirik.


Maraqlıdır ki, bir qrup tədqiqatçı araşdırması daha əvvəl göstərmişdi ki, daha uzun müddət yatmaq və ya yataqda uzanmaq əslində həyatımızı yaxşılaşdırmağa kömək edir. Tədqiqatlar göstərir ki, həftə sonu sadəcə 2 saat əlavə yatmaq infarkt və ya insult riskini 63% azalda bilir. Başqa bir araşdırma da müəyyən edib ki, zəngli saat çaldıqdan sonra qısa müddətlik də olsa yuxuya getmək gün ərzində daha gümrah hiss etməyə kömək edir.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...