“Beləsini heç kəs gözləmirdi” - Bədəni tamamilə tüklə örtülü doğulan körpənin son halı

“Beləsini heç kəs gözləmirdi” - Bədəni tamamilə tüklə örtülü doğulan körpənin son halı

31 yaşlı Britni Budhinin bədəni tamamilə qara tüklərlə örtülmüş Teyana adlı qızı dünyaya gəlib. Avstraliyanın Sidney şəhərində bərbər işləyən gənc ana zarafatla körpəsini “kiçik meymun” adlandırıb. Bu isə internetdə müxtəlif reaksiyalara səbəb olub.


Sfera.az bildirir ki, yayımlanan fotolarda üç həftə tez doğulmuş, cəmi 2,2 kq çəkisi olan Teyana tamamilə qara tüklərlə örtülmüş olduğunu görmək olur. Qeyd edək ki, tük ana bətnində olan körpələrdə böyüyür, həmçinin vaxtından əvvəl doğulmuş körpələrdə də müşahidə olunur.
 

"Uşaqların bədənlərində çox tüklə doğula biləcəyini bilirdim, amma bunu gözləmirdim. Körpə dünyaya gələndə hətta zarafatla onun kiçik meymuna bənzədiyini də dedim. Bəziləri bunu pis niyyətli şərh kimi qəbul etdi, amma mənim balam gözəldir! Zaman keçdikcə tüklər də öz-özünə töküldü. İnsanlar çox uzadır. İki başlı doğulsa belə, o, mənim üçün yenə də dünyanın ən şirin körpəsi olacaqdı"-deyir gənc ana.


Vaxtından əvvəl doğulmuş Teyana isə iki həftə reanimasiyada yatmalı olub. Britninin özü doğuşdan sonra depressiya keçirdib. Qızının reanimasiyada qalması onun psixoloji vəziyyətini daha da pisləşdirib. Ancaq xoşbəxtlikdən indi hər şey yolundadır: yeni valideynlər körpəni evə gətiriblər və onunla xoşbəxt vaxt keçirirlər.
 

Britni izah edir ki, o, sevgi və incəliklə körpəsini "meymun"la müqayisə edib. Bununla heç kimi incitmək niyyətində olmayıb. Axı, meymun da çox şirin olur. O, həmçinin qeyd edib ki, valideynlərin başqalarının mənfi reaksiyasından asılı olmayaraq övladları ilə istədikləri kimi danışmaq və rəftar etmək hüquqları var.


"Qızıma balaca meymun dediyimə görə nifrət şərhləri oxuyuram, amma o qədər çox şey baş vermişdi ki, ağlıma gələn ən son şey o şərhlərə cavab verməkdir. Əgər insanlar sözlərimi yanlış qəbul ediblərsə, bu, onların problemidir"- deyə Britni əlavə edib.


Aynil


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...