Zavodda partlayış baş verib - Bir neçə işçi reanimasiyadadır

Zavodda partlayış baş verib - Bir neçə işçi reanimasiyadadır

Bu gün günorta saatlarında Rusiya Federasiyasının Saratov vilayətində partlayış baş verib.


Sfera.az bildirir ki, Rusiya KİV-in məlumatına görə, üç zərərçəkənin vəziyyəti ağırdır. Yerli hakimiyyət orqanları partlayış ehtimalını təkzib edərək, bunun qəza olduğunu deyir.


Qazın partladığı, tələfat olmadığı qeyd edilib.


Balakavo şəhər xəstəxanasının baş həkimi Nadejda Kryuçkova partlayış nəticəsində üç nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Onlar xəstəxanaya yerləşdirilənlər olub.


“Hər üçü də antişok müalicəsi keçir”.


Nadejda Kryuçkova qeyd edib ki, 24 saat ərzində zərərçəkənlər hava nəqliyyatı ilə rayon mərkəzinə çatdırılır. Hadisə yerinə 3 təcili yardım briqadası gedib. Xəstəxanaya yerləşdirilən xəstələrdə termik yanıqlar var.


İlkin məlumata görə, partlayış səhv yerdə siqaret çəkilməsi səbəbindən baş verib. Partlayıcı balonların yanında kiminsə siqaret çəkdiyi bildirilib.
 

Media yaralıların hamısının reanimasiyada ağır vəziyyətdə olduğuni yazır.
 

Zavodun mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər partlayışın səbəbini müəyyən edir.
 

“Quraşdırma işləri başa çatdıqdan sonra havapaylayıcı stansiyada avadanlığın sınaqdan keçirilməsi zamanı boru kəmərinə oksigen verilərkən alov çölə çıxan klapan daxilində yanğın baş verib” - deyə şirkətdən bildirilib.


Mətbuat xidmətinin məlumatına görə, zavodun üç işçisi xəsarət alıb. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 

Yerli hakimiyyət orqanları Balakovoda müəssisədə fəhlələrin xəsarət alması nəticəsində qəza baş verdiyini təsdiqləyib. Eyni zamanda partlayışla bağlı məlumatlar da təkzib edilib.
 

“İlkin məlumatlara görə, istehsalat işləri zamanı üç nəfər bədənlərində termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər”– nəşrdə deyilir.
 

Qubernator Roman Busargin zərərçəkənlərə yardımın xüsusi nəzarət altında aparılması barədə göstəriş verib.


Xatırladaq ki, fevralın 19-da da günorta saatlarında Nijni Novqorodda da partlayış baş verib. Yerli müşahidə kameraları fit səsini qeydə alıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...