İordaniyada matəm elan edildi

İordaniyada matəm elan edildi

İordaniya şahzadəsi Rəcvanın atası Xalid ibn Musaid Əl-Saifin 72 yaşında vəfat edib. Bununla əlaqədar fevralın 19-da ölkədə üç günlük matəm elan edilib.
 

Sfera.az bildirir ki, bu barədə Ərəbistan Kral Agentliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
 

"İordaniya Kral Məhkəməsi şahzadə Rəcva Əl Hüseynin atası cənab Xalid Əl Saifin vəfatı ilə əlaqədar başsağlığı verir. İordaniya Kral Məhkəməsi üç günlük rəsmi matəm elan edib"- deyə məlumatda bildirilir.
 

Qeyd edək ki, Xalid Əl Saif biznesmen və “Al-Saif” şirkətlər qrupunun baş direktorudur. O həm də “Al-Saif” şirkətlər qrupunun daxil olduğu səhiyyə, tibb və tikinti sektorlarında fəaliyyət göstərən “Al Saif Group”un prezidentidir.


Xalid Əl Saifin ölümü ilə bağlı məlumatı vəliəhd Əl-Hüseyn də təsdiqləyib. O, həyat yoldaşının atası ilə fotosunu yayımlayıb.
 

"Sevimli qayınatamla dərin hüzn və kədərlə vidalaşırıq. Onun xeyirxahlığını, alicənablığını və dürüstlüyünü həmişə xatırlayacağıq. Allah ona rəhmət eləsin, bizə isə səbr və güc versin"- deyə vəliəhd “İnstagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.


Xalid bin Musaid bin Saif bin Əbdüləziz Əl Saif 1953-cü ildə anadan olub. O, əvvəllər səhiyyə, qulluq və tikinti sahələrində fəaliyyət göstərən “Al Saif” qrupunun prezidenti və “Al Saif” nəqliyyat şirkətinin direktorlarından biri olub. Kiçik yaşlarından, 1987-ci ildə atası ilə birlikdə işləməyə başlayıb. Xatırladaq ki, Xalid Əl-Saif Beyrut Amerika Universitetində inşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...