Qarabağda “konyak diplomatiyası” oyunu – İlham Əliyevdən qəti TƏLƏB

Qarabağda “konyak diplomatiyası” oyunu – İlham Əliyevdən qəti TƏLƏB

Fevralın 16-da Münxendə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. Görüşdə Əliyevin ATƏT-lə bağlı tələbi diqqət çəkib.

 

Belə ki, Prezident Qarabağ münaqişəsinin başa çatdığını bir daha vurğulayıb və qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir.

 

Əvvəlcə onu deyim ki, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir və birtərəfli qaydada həmsədrlərdən biri tərəfindən onsuz da ləğv edilib. Belə ki, 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini demişdi. Rəsmi Moskva Ukrayna müharibəsi ilə əlaqədər olaraq digər həmsədrlər - ABŞ və Fransanın onlarla birgə işləmədiyini əsas gətirərək bu addımı atmışdı.

 

Bu gün isə Ermənistan tərəfindən qurumun canlandırılmasına çalışılır. Lakin Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir.

 

Ümumiyyətlə, münaqişə faktiki olaraq bitib. Qurum münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılmışdı. Geridə qoyduğumuz 30 il ərzində həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə ildən-ilə Ermənistanın “konyak diplomatiyası”na aludə olan həmsədrlər ciblərini dolduraraq tərəfsizliyi itirdilər. Nəticədə, İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi.

 

Bu və ya başqa formada bu gün “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur. Belə olan təqdirdə bu qurumların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz.

 

Diqqətçəkən digər məqam isə Prezident İlham Əliyevin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını vurğulamasıdır. Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub, çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır.

 

Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı olaraq adıçəkilən qurumların ləğvini tələb edir.

 

Müəllif: Politoloq Turan Rzayev



 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...