Hornerdən ittihamlara cavab: “Bu komandanı mən yaratmışam”

İdman
18:03 / 19.02.2024
7825
“Red Bull”un baş məşqçisi Kristian Horner Avstriya komandasını tərk etməyəcək.
Sfera.az bildirir ki, hazırda onun barəsində istintaq aparılır.
Belə ki, Horner şirkət işçilərindən birinə qarşı qeyri-etik davranışlarda ittiham olunur.
Horner isə istefa vermək barədə düşünmədiyini bildirib:
“Bu komandanı mən yaratmışam. İnsanları bura gəlməyə mən inandırmışam. Bu müddət ərzində bir çox eniş-yoxuşlar olub. 113 yarışda qalib gəlib 19 mövsümdə altı çempionluq qazanmışıq. Bu, tarix kitablarında öz əksini tapacaq.Hazırda bütün diqqətimi komandanın gələcəyinə yönəldirəm".
Fatimə Lətif