Avropada qaz ucuzlaşır, Azərbaycana da təsir edir

Avropada qaz ucuzlaşır, Azərbaycana da təsir edir

Avropada qaz qiymətləri bir qədər də azalıb. 


Sfera.az xəbər verir ki, bu gün mart ayında tədarükü həyata keçiriləcək təbii qazın qiyməti 2,5 faiz azalaraq min kubmetr üçün 270 dollardan da aşağı düşüb. 


Bu qiymət 7 iyun 2023-cü ildən bəri ən aşağı qiymətdir. 


Qazın ucuzlaşmasına səbəb qış fəsli başlayandan havaların mülayim keçməsi, eləcə də mayeləşdirilmiş təbii qazın (LNG) stabil tədarükünün təmin edilməsidir. Bunlardan başqa Avropanın qaz anbarlarında rekord həcmdə ehtiyatların yaradılması da qiymətlərə təsir edir.


Belə əlverişli vəziyyətdə son aylarda qaz qiyməti təxminən iki dəfə enib. 


Qeyd edək ki, mövcud qiymətlər Avropada gündəlik satılan qazın dəyərini ifadə edir. Azərbaycan da Avropaya qaz satır. Azərbaycanın satdığı qazın dəyəri uzunmüddətli müqavilələrlə müəyyənləşdirilir. Yəni mövcud qiymətlər Azərbaycanın satdığı qazın qiymətinə aid deyil. Amma qaz qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması Azərbaycanın da ixrac etdiyi qazın ucuzlaşmasına səbəb olur. 


Bunu ixraca dair məlumatlar da təsdiqləyir. 2023-cü ilin yanvarında Azərbaycan qazın hər min kub metrini 548 dollara satıb. Ancaq bu ilin yanvarında satılan qazın qiyməti 383 dollara düşüb. Bir ildə Azərbaycanın satdığı qazın qiyməti 30 faiz, yaxud 165 dollar azalıb. 


Deməli, Avropada qaz qiymətlərinin enməsi uzunmüddətli dövrdə Azərbaycanın ixrac etdiyi qazın da ucuzlaşmasına səbəb olur. 


Vasif
 
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...