Mobil operatorlar internet tariflərinin qiymətini QALDIRIR - MƏBLƏĞLƏR

Mobil operatorlar internet tariflərinin qiymətini QALDIRIR - <span style="color: #ff0000;"><strong>MƏBLƏĞLƏR</strong></span>
Kateqoriya məlum deyil19.02.24, 13:485704 👁️
T

Son günlər mobil operatorların internet tariflərinin qiymətini qaldırması müzakirə obyektinə çevrilib.

 

Bəs qiymətlər nə zaman və nə qədər artacaq?

 

Sfera.az bu barədə araşdırmanı təqdim edir.


Belə ki, "Azercell"də 19.02.2024-cü il tarixindən, yəni bu gündən etibarən internet paketlərin trafik həcmi və qiymətləri artacaq. Bəzi internet paketləri ləğv olunacaq.

 

Aylıq internet paketləri:    

 

500 meqabayt - 3 ₼ deyil, 4 ₼;
1,5 gigabayt - 6 ₼;
6 gigabayt - 12 ₼;
12 gigabayt - 19 ₼;
30 gigabayt - 25 ₼ deyil, 29 ₼;
50 gigabayt - ləğv olunacaq;
55 gigabayt - 39 ₼ (yeni paket).

 

Həmçinin bu gündən etibarən ölkədaxili zənglərin dəqiqəsi 0,06 ₼ olacaq!

 


"Bakcell"də isə 20.02.2024-cü il tarixindən etibarən internet paketlərin trafik həcmi və qiymətləri artacaq. Bəzi internet paketləri ləğv olunacaq.


 
Gündəlik internet paketləri:


150 meqabayt - ləğv olunacaq;
350 meqabayt - 0,99 ₼ deyil, 1 ₼;
600 meqabayt - ləğv olunacaq;
1 gigabayt - 1,5 ₼ (yeni paket)
Həftəlik internet paketləri:
60 meqabayt - ləğv olunacaq;
300 meqabayt - ləğv olunacaq;
600 meqabayt - ləğv olunacaq;
1 gigabayt - 3,50 ₼ (yeni paket);
2 gigabayt - 4 ₼ (yeni paket)
Aylıq internet paketləri:
500 meqabayt - ləğv olunacaq;
1 gigabayt - ləğv olunacaq;
2,5 gigabayt - ləğv olunacaq;
3 gigabayt - 9 ₼ (yeni paket);
5 gigabayt - ləğv olunacaq;
6 gigabayt - 12 ₼ (yeni paket);
10 gigabayt - ləğv olunacaq;
13 gigabayt - 19 ₼ (yeni paket);
31 gigabayt - 29 ₼ (yeni paket);
50 gigabayt - ləğv olunacaq;
56 gigabayt - 39 ₼ (yeni paket)


"Gecədən Səhərə Limitsiz" paketi ləğv olunacaq.

 

"Nar"da isə 27.02.2024-cü il tarixindən etibarən 6 ₼-dan aşağı olan bütün aylıq internet paketləri ləğv olunacaq.

 

Firuzə Əliyeva
 

PAYLAŞ
Sehliyali
Yüklənir...