Bu şəxsləri 4 ildən 8 ilə qədər HƏBS GÖZLƏYİR

Bu şəxsləri 4 ildən 8 ilə qədər HƏBS GÖZLƏYİR

Bəzən olur ki, iş yerində müdir və ya işçilər tərəfindən şəxs seksual qısnamaya məruz qalır. Bu hallar daha çox qadınlarla baş verir.

 

Bəs bunu edən şəxsləri hansı hüquqi cəza gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasında əmək münasibətləri, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və buna köməkçi olan qanunlarla tənzimlənir.

 

 

“Belə ki, Əmək məcəlləsinin 12.1-ci maddəsinə görə, cinsindən aslı olmayaraq, işəgötürən mütləq şəkildə hər kəsə eyni əmək şəraiti yaratmalıdır. İş mühitində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısı alınmalıdır. O cümlədən, işçilərə qarşı seksual qısnamanın qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək məcəlləsinin 69-cu maddəsinə görə, işçi seksual qısnamaya məruz qaldıqda öz ərizəsi ilə əmək müqaviləsinə xitam verə bilər. İnsanların çoxu iş mühitində seksual qısnamaya məruz qaldığını deməkdən və yaxud şikayət etməkdən çəkinirlər”.

 

Hüquqşünas diqqətə çatdırıb ki, işçilər belə məsələləri ictimailəşdirməkdən və şikayət etməkdən qətiyyən çəkinməməlidirlər.

 

“Bu barədə mütləq şəkildə Daxili İşlər Nazirliyinin orqanlarına müraciət etməlidirlər. Əgər işçi şikayət etdikdən sonra işəgötürən tərəfindən müəyyən təzyiqlərə məruz qalarsa, bu barədə də polis orqanlarına məlumat verə bilər. Şikayət əsasında həmin şəxslər 1500 manatdan 2000 manata qədər cərimə oluna bilərlər. Əgər şikayət əsasında həmin şəxsin işçiləri sesksual qısnamaya məruz qoyduğu ortaya çıxarsa, həmin şəxslər 4 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilərlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...