Mbappe "Real"la məbləğdə anlaşa bilmədi, bu klubla danışıqlar BAŞLANDI

Mbappe

İngiltərənin "Mançester Siti" klubu Kilian Mbappe ilə müqavilə imzalaya bilər.


Sfera.az bildirir ki, bu barədə "Bola Sport" məlumat yayıb.


Məlumata görə, Mbappeni İngiltərə klubu ilə razılaşmaya aparan əsas səbəb ispan nəhənginin təklif etdiyi maaşın azlığıdır.


Məlumata görə, Kilian “Real”a keçərkən maaşını azaltmağa hazır idi, lakin klub rəhbərliyi maliyyə şərtlərini çox aşağı salıb ki, bu da danışıqların vektorunu kökündən dəyişib.


Qeyd edək ki, daha əvvəl Mbappenin nümayəndələrindən birinin “Mançester Siti” ilə danışıqlar apardığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR