Meral Akşenerdən Ekrem İmamoğluya: "İstanbulu idarə edə bilmirsən" - VİDEO

Meral Akşenerdən Ekrem İmamoğluya:

İYİ Partiyasının sədri Meral Akşener Haliç Konqres Mərkəzində İstanbul Böyükşəhər və rayon bələdiyyə başçısı namizədlərini təqdim edib. 

 

Sfera.az xəbər verir ki, Akşener təqdimatdan əvvəl “Boş vaxtlarını İstanbulda keçirənlər bu şəhəri idarə edə bilməzlər” deyib.

 

O heç bir ad çəkmədən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu hədəfə alıb:

 

"Bütün Türkiyədə olduğu kimi İstanbulda da problemlər xroniki xarakter alıb. Məsələn, əli qərargahda, gözü başqa vəzifələrdə olanlar, boş vaxtlarını İstanbulda keçirənlər bu şəhəri idarə edə bilməz.Ağlı şəxsi siyasi hesablamalarında olanlar bu şəhəri idarə edə bilməzlər. Səhlənkarlığın, səhvlərin, bəlaların yükünü çiyinlərində daşıyanlar, partiyadaxili maraqlar, kreslo davaları, taxt oyunları bayrağı daşıyanlar bu şəhəri idarə edə bilməzlər".

 

 Akşener partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Buğra Kavuncunu təqdim edib.


“Siz məcburi namizədi və ya əmanət namizədi qəbul etmək məcburiyyətində deyilsiniz. Çünki indi İstanbula layiq bir namizədiniz var. İstanbulu layiq olduğu kimi idarə edəcək və İstanbuldan başqa maraqları olmayan bir namizəd var. İndi qarşınızda Buğra Kavuncu var", - M.Akşener bildirib. 

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...