"Barselona"da yeni REKORD: Levandovski onu geridə qoydu - FOTO

"Barselona"nın hücumçusu Robert Levandovski klubun sabiq hücumçusu Tyerri Anrini geridə qoyub.


Sfera.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


Belə ki, Levandovski "Selta" ilə matçda klubda 50-ci qolunu vurub. Beləliklə, polşalı futbolçu "Barselona"da 49 qol vuran Anrini keçib.


Xatırladaq ki, İspaniya çempionatının 25-ci turunun “Barselona” – “Selta” matçı Viqoda, “Balaidos” stadionunda baş tutub və Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Bu mövsüm “Barselona”nın polşalı forvardı klubun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR