Xarici investorların Çinə marağı azalır: Son 30 ildə ilk dəfə…

Xarici investorların Çinə marağı azalır: Son 30 ildə ilk dəfə…

Çinə birbaşa xarici investisiyaların həcmində artım sürəti ötən il son 30 ilin ən aşağı səviyyəsinə düşüb. 


Sfera.az xəbər verir ki, Çin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, 2023-cü ildə birbaşa xarici investisiyalar 33 milyard dollar olub. Birbaşa investisiyaların məbləği 2022-ci ilə nisbətən 82 faiz azalıb. 2022-ci ildə Çinə 183 milyard dollardan artıq xarici investisiya qoyulub.


İnvestisiyaların azalması dünyanın ikinci ən böyük iqtisadiyyatına inamın azalmasını göstərir. Bununla yanaşı dünyada geosiyasi gərginlik və yüksək faiz dərəcələri də orta gəlirli ölkələyə investisiya qoyuluşunu azaldıb. 


İnvestisiya qoyuluşunun azalmasına xarici şirkətlərin gəlirliliyinin azalması da təsir edib. Çin Milli Statistika İdarəsinin məlumatına görə, xarici şirkətlərin gəlirliliyi ötən il əvvəlki ilə nisbətən 6,7 faiz azalıb. 


Qeyd edək ki, COVID-19 pandemiyasından sonra Çindən xarici kapitalın qaçışı müşahidə olunur. Çin hökuməti xarici şirkətlərin geri qayıdışını stimullaşdırmaq üçün cəhdlər etsə də bu, hələlik istənilən nəticəni vermir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...