Cavanşir Quliyev səhhətindən DANIŞDI - VİDEO

Cavanşir Quliyev səhhətindən DANIŞDI - VİDEO

“İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”.

 

Sfera.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib.

 

“Çünki kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb.

 

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olmuşdu. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...