Azərbaycanda bu şəxslərə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda bu şəxslərə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.

 

Sfera.az xəbər verir ki, təyinatlar TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə baş tutub.

 

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

 

İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib.

 

Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.

 

Elçin Bilalov isə ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

 

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...