Avropadan Trampla bağlı HƏYƏCAN TƏBİLİ: "Yenidən düşünməli olacağıq"

Avropadan Trampla bağlı HƏYƏCAN TƏBİLİ:

Avropa rəsmiləri Donald Trampın ABŞ prezidentliyinə qayıtması halında təhlükəsizlik planını nəzərdən keçirir. 


Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

 

“Azad dünyanın keçmiş və bəlkə də gələcək lideri oturub Rusiyanın NATO müttəfiqlərinə hücumunu seyr edəcəyini dedikdə, biz ABŞ-nin Avropa və Ukrayna qarşısındakı öhdəliyinin necə görünə biləcəyini yenidən düşünməli olacağıq”, - Avropa təhlükəsizlik xidmətlərinin nümayəndələrindən biri deyib.

 

Onun sözlərinə görə, Avropa ölkələri “ən yaxşıya ümid etməli, lakin ən pisinə hazırlaşmalıdır”. Belə bir ssenari Ukraynaya dəstəyin kəsilməsini və Rusiyaya regionda sabitliyi pozmağa imkan verilməsini nəzərdə tutur.


Xatırladaq ki, fevralın 11-də Amerikanın Cənubi Karolina ştatındakı seçkiqabağı mitinqində Tramp NATO-ya üzv olan bir sıra ölkələri müdafiə proqramı üzrə maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. O həmçinin əlavə edib ki, Rusiyanın bu cür dövlətlərə hipotetik hücumlarını təşviq etməyə hazırdır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...