Təhlükə ocağına çevrilən "Sovetski": BŞİH niyə "yatır"? - FOTOREPORTAJ

Təhlükə ocağına çevrilən

Bakının uzun illərdir davam edən problemlərindən biri də “Sovetski” adlanan ərazi ilə bağlıdır. "Sovetski"də gah "söküntü işləri başlandı", gah da "işlər dayandırıldı" başlığı ilə qarşımıza çıxan xəbərlərdən də aydın olur ki, Bakı meriyası bu ərazidə yenidənqurma işlərinə "barmaqarası" yanaşır. Ərazidə isə vəziyyət acınacaqlı hal alıb. 

 

Sfera.az bildirir ki, söküntü qalıqlarının, yarımçıq tikililərin olduğu yerlərlə bağlı sakinlərin də narazılığı pik həddə çatıb.

 

Belə ki, yağış, qar yağanda palçıqdan, küləkli havalarda isə toz-torpaqdan keçilməyən küçələrdən narazı olmamaq mümkün deyil. Hətta bu problem "Sovetski"nin azyaşlı sakinlərini də dilə gətirir.

 

 

Şagirdlər yağışlı, küləkli havalarda məktəbə getməyin çətin olduğunu dəfələrlə bildiriblər. Ərazi demək olar ki, narkomanların və sahibsiz itlərin oylağına çevrilib. Bu durum isə sakinləri xüsusi olaraq narahat edir. Çünki heç kim haqlı olaraq öz övladını, yaxınını sahibsiz itlərə, narkomanların saçdığı təhlükələrə qurban vermək istəmir.

 

 

Qəzalı vəziyyətdə olan yarımçıq tikililər də təhlükə mənbəyidir. Onlardan qoparaq düşəcək bir daş, taxta parçası isə yaşından asılı olmayaraq, o ərazidə yaşayan, oradan keçən istənilən şəxsi canından edə bilər... 

 

Sadaladıqlarımızdan aydın görünür ki, Bakının mərkəzindəki "Sovetski"də təhlükə ocağı var, ancaq məsələnin həlli yoxdur...

 

Bəs ölkə başçısının göstərişlərinə əsasən, ümumilikdə 26 hektar ərazini əhatə edən, abadlıq və yenidənqurma işlərinə 2013-cü ildə start verilən "Sovetski" ilə bağlı hansı layihələr var? İşlər nə zaman yekunlaşacaq?

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Amma qurum yenə öz ampluasında idi. Bizi başqa bir quruma - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yönləndirdi.  Bildirildi ki, “Sovetski” ilə bağlı hansı layihələrin, işlərin olduğunu məhz onlar bilir.

 

Sonra Komitəyə müraciət etdik, onlar isə bizi Yasamal Rayon İcra Hakimiyyətinə "pas"ladı. Yasamal Rayon İcra Hakimiyyəti isə bizi yenidən Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirdi. Cavabsızlıq dairəsində yenə başladığımız yerə geri döndük.

 

Suallarımız cavabsız qaldı, faktlar isə həm əməkdaşımızın çəkdiyi fotolarda, həm də bütün əhalinin gözü qarşısındadır.

 

"Sovetski"dəki təhlükəli vəziyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti və hörmətli mer Eldar Əzizovdan başqa hamı görür, hamı bilir... Ancaq maraqlıdır, Eldar Əzizov nəyi gözləyir? Prezidentin göstərişinə illərdir niyə əməl olunmur?

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...