Azərbaycan-İran sərhədində GƏRGİNLİK: Atəş AÇILDI

Azərbaycan-İran sərhədində GƏRGİNLİK: Atəş AÇILDI

Fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 (üç) nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

 

DSX-dan Sfera.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

 

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...