“Boşanmaqdan qorxan qadın ərinə xəyanət edir” - Psixoloq 

“Boşanmaqdan qorxan qadın ərinə xəyanət edir” - Psixoloq 

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb. Boşanma hallarının bu qədər artmasına baxmayaraq, insanlar tərəfindən boşanmış qadın birmənalı qarşılanmır.

 

Bəs nəyə görə boşanmış qadın cəmiyyətdə təzyiqlərə məruz qalır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, mental dəyərlərimizə görə, evdən gəlinliklə çıxan kəfənlə geri qayıtmalıdır.

 

“Buna görə də qızlarımız boşanmaqdan qorxur və ailələrinə heçnə deyə bilmirlər. Çünki bilirlər ki, ailələrinə boşanmaq istədiklərini desələr tənqid olunacaqlar. Məhz bu baxımdan ərlərindən ayrılmaq istəyən qadınlar xəyanət belə edirlər, amma boşanmırlar. Lakin bu düzgün yanaşma deyil. Boşanmış qadın öz həyatını sakit yaşasa belə ona əxlaqsızlıq damğası vurmağa çalışan insanlar olur. Hətta boşandıqdan sonra ikinci dərəcəli qohumlar belə həmin qadına ağalıq etməyə çalışırlar. Bəzən qadınlar insanların qınağına tuş gəlməmək üçün hər cür çətinliyə, şiddətə dözürlər. Hətta boşanmış qadının yenidən ailə qurması cəmiyyətdə birmənalı qarşılanmır. Boşanmış qadınların çoxu qeyri-qanuni nikah ilə yaşayırlar".

 

Psixoloq diqqətə çatıdırb ki, həmin qadınlar cəmiyyətin qınaq obyektinə çevrilməmək üçün gizli münasibətlərə üstünlük verirlər.

 

“Artıq bu düşüncələrdən xilas olmaq lazımdır. Çünki dövrümüzdə artıq boşanmaların sayı evlənənlərin sayına çatıb. Xasiyyətləri uyuşmayan insanların ayrılması böyük qlobal problemə çevrilməməlidir. Artan qadın cinayətlərini sayına baxsaq görərik ki, bir çoxu əri tərəfindən qətlə yetirilib. Bəlkə də vaxtında qadınlar boşanma qərarı ala bilsə, xilas olacaqlar. Məhz bu baxımdan müasir dövrdə boşanmaq adlı məfhumu mübaliğəli şəkildə böyütməyə ehtiyac yoxdur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...