Azərbaycanda bələdiyyə sədrlərinə cinayət işi açıldı - SİYAHI

Azərbaycanda bələdiyyə sədrlərinə cinayət işi açıldı - SİYAHI

Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

 

Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.

 

Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104,370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

 

Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb.

 

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308. 1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...