"Milan" klubu satılır? - Kardinale məsələyə son nöqtəni qoydu 

"Milan"ın sahibi Cerri Kardinale klubun satıla biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.


Sfera.az xəbər verir ki, o, klubu Avropanın zirvəsinə qaytarmaq istədiyini bildirib:


“Mən klubu A Seriyasının və Avropanın zirvəsinə qaytarmaq istəyirəm. Bu məqsədlərə çatmadan dayanmayacağam”.


Kardinale baş məşqçi Piolinin qovulması ilə bağlı yayılan məlumatları da yalanlayıb:


“Müəyyən mərhələdə narazı qalmağım məşqçinin qovulması demək deyil. Düşünürəm ki, Stefano bu çətin vəziyyətdə komanda ilə yaxşı iş görür.


Xatırladaq ki, amerikalı iş adamı 2022-ci ilin iyununda “Milan”ın səhmlərinin əksəriyyətini alıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR