“Qəbul imtahanlarının tez keçirilməsi nəticələrə mənfi təsir göstərir” - Ekspert

“Qəbul imtahanlarının tez keçirilməsi nəticələrə mənfi təsir göstərir” - Ekspert

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanların tarixlərini açıqlayıb. İmtahanların, tədris ili bitmədən keçirilməsi isə bir sıra abituriyentlərin və bakalavrların narazılığına səbəb olub.

 

Bəs imtahanların tez keçirilməsi nəticələrə necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul imtahanlarının tədris ilə yekunlaşmadan keçirilməsi heç bir halda doğru deyil. Tədris ilinin gedişində imtahan salmaq təhsil alanların tədris prosesinin pozulmasına səbəb olur. Orta ümumtəhsil məktəblərinin şagirdləri tədris prosesi bitmədən mart ayında buraxılış imtahanı, may ayında isə qəbul imtahanı verəcəklər. Bu isə özlüyündə məktəblərin fəaliyyətini iflic edir. Bu zaman, şagirdlər yalnız qəbul imtahanına hazırlaşırlar və dərsə getmirlər. Həmçinin, magistratura imtahanlarının belə tez keçirilməsi bakalavrların ali məktəblərdəki dərslərinə də mane olur. Aprel ayında keçiriləcək magistratura imtahanı isə diplom işi yazan və akademik borclarını yerinə yetirən tələbələrə problem yaradır. İmtahanların tədris prosesinin gedişində keçirilməsi onların nəticələrinə mənfi təsir göstərir".

 

Ekspert bildirib ki, qəbul imtahanlarının tədris ilinin sonunda keçirilməsi daha məqsədəuyğundur. “Belə olarsa tələbələr daha yüksək nəticə göstərə bilərlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...