“Vurduğu qollar məni heyrətləndirdi” - Messi ondan danışdı + FOTO

İdman
10:50 / 19.02.2024
2045
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın 16 yaşlı futbolçusu Lamin Yamal barəsində danışıb.
Sfera.az bildirir ki, Messi Yamalı 6 ildir tanıdığını dilə gətirib:
“İnsanlar Lamini yalnız bir neçə ay əvvəl tanımağa başlayıblar, amma mən onu La Masiada Madridə qarşı oynayandan tanıyıram. O vaxt Lamin üç qol vurmuşdu və qolların dəqiqliyi hamı kimi məni də heyrətləndirirdi”.
Qeyd edək ki, Yamal 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu klubun heyətində bütün yarışlarda 34 oyun keçirib. O, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Fatimə Lətif