ABŞ Yaxın Şərqdə müharibəyə hazırlaşır? - "Daşı daş üstündə qoymamaqda israrlıdır"

ABŞ Yaxın Şərqdə müharibəyə hazırlaşır? -

ABŞ Prezidenti Cozef Bayden administrasiyası İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır. Bu barədə “Wall Street Journal” məlumat yayıb. Bildirilib ki, Ağ Ev Qəzza zolağında atəşin kəsilməsində israr etdiyi halda, İsrailə 1000 “MK-82” bombası, “KMU-572” yüksək dəqiqlikli istiqamətləndirici komplektləri, “KMU-572” bombaları üçün partlayıcılar tədarük etməyi planlaşdırır.

 

ABŞ administrasiyası, Dövlət Departamenti və Pentaqon informasiyanı şərh etməkdən imtina ediblər.

 

ABŞ Yaxın Şərqdə müharibəyə hazırlaşır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ağ Ev Şərqi Avropa ssenarisini Yaxın Şərqdə də təkrarlayır:

 

“Təsir göstərə bildiyi dövlət vasitəsilə həm düşmənlərinə qarşı mübarizə aparır, həm də regiondakı təsir gücünü artırmağa çalışır. Son vaxtlar mediada yayılan məlumatlara görə, ABŞ ilə İsrail arasında münasibətlərdə də müəyyən gərginlik yaranıb. Bunun birbaşa liderlər, yəni Cozef Baydenlə Benyamin Netanyahu arasında olduğu da iddia edilir. Çox güman, sözügedən fikir ayrılığı döyüş meydanındakı vəziyyətə görədir. Xatırladım ki, məhz döyüş əməliyyatları ilə bağlı olaraq Vaşinqtonla Kiyev arasında da fikir ayrılıqları var. Buna baxmayaq, ABŞ məhz öz maraqları naminə yenə də Ukraynadan tam üz döndərmir. Oxşar ssenari, ola bilsin, Yaxın Şərqdə də təkrarlanır”.

 

Müsahibimiz bildirib ki, “Wall Street Journal”ın dərc etdiyi məlumatın dezinformasiya olması ehtimalı da var:

 

“Odur ki, yayılan xəbərin nə qədər dəqiq olduğunu gələcək göstərəcək. Amma proseslər onu deməyə əsas verir ki, ABŞ Yaxın Şərqdə "daşı daş üstündə qoymamaqda" israrlıdır. Gələcəkdə müharibənin genişlənməsi, digər ərəb dövlətlərin İsrailə qarşı müharibəyə qoşulması, həmçinin Ankara - Vaşinqton xəttində gərginliyin artması məhz Ağ Evin hazırkı siyasətinin nəticəsi olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...