Navalnının cəsədi HARDADIR?

Navalnının cəsədi HARDADIR?

Hazırda Rusiyada 3 gün əvvəl xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən siyasətçi Aleksey Navalnının cəsədinin harada olması əsas müzakirə mövzularından biridir. 

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Navalnının anası Lyudmila Navalnaya fevralın 17-si oğlunun dünyasını dəyişdiyi koloniyaya gəlib və burada ona siyasətçinin ölümü barədə rəsmi məlumat təqdim edilib.

 

Ona oğlunun cəsədinin Salexard şəhərindəki morqda olduğu bildirilib. Sözügedən morq ilk olaraq Navalnının nəşinin orada olması barədə məlumatı təkzib edib. Bundan sonra Rusiya mediasında və sosial şəbəkə seqmentində mərhumun nəşi haqda niyə dəqiq məlumatın olmadığı, cəsədin gizlədilməsinə cəhd edilməsi iddiaları müzakirə edilməyə başlayıb. 

 

Salexardın İstintaq Komitəsi isə Navalnının vəkilinə bildirib ki, siyasətçinin ölüm səbəbi hələ müəyyən edilməyib, buna görə də, yenidən ekspertiza keçiriləcək və bunun nəticələri gələn həftə məlum olacaq. 

 

Bununla belə, “Новая газета Европа” öz mənbələrinə istinadən A.Navalnının cəsədinin Salexard rayon klinik xəstəxanasının morqunda olduğunu, ekspertizanın hələ aparılmadığını yazıb. Nəşrin mənbəsinin məlumatına əsasən, siyasətçinin nəşi həmin xəstəxanaya fevralın 16-sı axşam gətirilib.

 

Salexardın təcili tibbi yardım stansiyasının əməkdaşı Navalnının bədənində qançır izlərinin olduğunu, bunların isə qıcolma və ürək masajı səbəbindən yarana biləcəyini bildirib. 

 

Qeyd edək ki, 47 yaşlı rusiyalı siyasətçinin harada dəfn olunacağı hələ ki, məlum deyil. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...