Mövlud Süleymanlının vəziyyəti AÇIQLANDI

Sağlıq
10:41 / 19.02.2024
2318
Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.
Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.
"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur", - deyə Ruzbeh Məmməd qeyd edib.