Türkiyəli nazir: "Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var"

Türkiyəli nazir:

Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet”ə müsahibəsində bildirib.

 

“Ermənistandan keçən bu marşrutun işindən xəbərdarsınız. Bu, 43 kilometrlik bir marşrutdur. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ var və bunların hər ikisi hazırda masadadır”, - deyə nazir vurğulayıb.

 

O bildirib ki, Azərbaycan tikinti işlərini davam etdirir: “Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.

 

Qeyd edək ki, nazir bir qədər əvvəl verdiyi müsahibəsində ölkəsinin Zəngəzur dəhlizi layihəsinin 5 il ərzində həyata keçiriləcəyinə ümid etdiyini bildirib. “Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Ümumilikdə, bu dəhlizin yaradılma prosesi 5 il tələb edəcək. Düşünürəm ki, 2028-ci ildə bütün işləri başa çatdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

 

Onun sözlərinə görə, dəhlizin Ermənistan hissəsi 43 kilometr təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib. (Report)


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...