Keçmiş "YouTube" rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı

Dünya
00:40 / 19.02.2024
3457
Keçmiş "YouTube" rəhbəri Syuzan Vocitskinin oğlu Marko Troperin Berklidəki Kaliforniya Universitetinin yataqxanasında meyiti tapılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Troperin yüksək dozada narkotik qəbulundan öldüyü ehtimal edilir.
19 yaşlı gəncin əsl ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Syuzan Vocitski 2014-2023-cü illərdə "YouTube"a rəhbərlik edib.