Şəmkirdə iki yeniyetmə dəm qazından zəhərlənib

Hadisə
22:54 / 18.02.2024
5926
Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından zəhərlənib.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisələrdən biri Şəmkir rayon Göyməmmədli kəndində, digəri Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H. Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.