Mehriban Əliyeva ilin idman xadimi seçildi

Mehriban Əliyeva ilin idman xadimi seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

Sfera.az-ın məlumatına görə, AİJA Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

İlin idman təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov seçilib.

Cari ilin idman jurnalistləri isə Səadət Hakıyeva (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Anar Əhmədov (“Olimp sport”), İbrahim Şükürov (“Yeni həyat”, Masallı), Sahib Əsədbəyli (“Ədalət”), Sənan Şəfizadə (ATV), Tengiz Məmmədov (APA) və Kənan Məstəliyev (rekord.az) olublar.

İlin fotoreportyoru Eldəniz Bədəlov (AFFA, “Futbol dünyası”) elan edilib.

“Olimpiya dünyası”, “Futbol+”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Exo” ilin idman qəzetləri, İctimai Televiziya isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” elan olunub.

Əbülqasım Novruzovun “Şuşalı Qaçay pəhləvan” kitabı ilin idman nəşri seçilib.

Laureatlar sırasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti, həmçinin “apasport.az” və “report.az” portalları da var.

Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb) ilin idmançısı seçiliblər.

“Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalar ilin komandasınominasiyasının qalibi olub.

Pedro Roque (Boks üzrə milli komanda), Qurban Qurbanov (“Qarabağ” futbol klubu) və Reza Mehmandost (Taekvondo üzrə milli komanda) ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Əliyar Ağayev (Futbol), idman azarkeşi isə Fədai Rəhimov olublar.


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...