Araş ailəsi ilə Şahdağdı dincəlir - FOTOLAR

Maqazin
17:30 / 18.02.2024
5324
Dünyaca məşhur müğənni Araş istirahət üçün Azərbaycana gəlib.
Sfera.az xəbər verir ki, müğənni Şahdağda dincəlir. Araş əkizləri Darian və Doni ilə olan fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
Sənətçi fotolara "Azərbaycanda xizək sürmək" qısa şərhini yazıb.
Qeyd edək ki, Araş Aysel Teymurzadə ilə birlikdə 2009-cu ildə Azərbaycanı "Avroviziya"da təmsil edib.