Süleyman Kərimovun yaxtası hərraca çıxarılır

Süleyman Kərimovun yaxtası hərraca çıxarılır

ABŞ hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ələ keçirdiyi 325 milyon dollarlıq gəmini hərraca çıxarmağa qərar verib. Söhbət rusiyalı oliqarx Süleyman Kərimovun nəhəng yaxtasından gedir.

 

Sfera.az bildirir ki, Rusiyalı milyarder Süleyman Kərimova məxsus olduğu güman edilən “Amadea” yaxtası ABŞ hökumətinin tələbi ilə 2022-ci ilin aprelində Ficidə ələ keçirilib. Qeyd edək ki, Kərimov 2018-ci ildə Rusiya dövlət məmuru olduğu üçün ABŞ, daha sonra 2022-ci ildə Vladimir Putinlə yaxın əlaqələri səbəbindən Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb. “Amadea” yaxtası iki il əvvəl müsadirə olunub. ABŞ-a 2022-ci ilin iyununda gələn yaxtaya, o vaxtdan bəri ABŞ saxlanması üçün ayda 600.000 dollar ödəyir.
 

Hökumət bu xərclərə son qoymaq üçün 325 milyon dollarlıq gəmini satmaq istəyir.

 

Nyu Yorkda təqdim edilən məhkəmə sənədlərinə görə, böyük aylıq məbləğə ekipaj maaşları üçün 360,000 dollar, yanacaq üçün 75,000 dollar, texniki xidmət, zibilin çıxarılması, yemək və digər xərclər üçün 165,000 dollar daxildir.


Ərizədə deyilir: "Amadea-nın saxlanması xərcləri şişirdilmiş məbləğdir. Hökuməti və ictimaiyyəti bu xərcləri ödəmək məcburiyyətindən azad etmək üçün əsaslı səbəb var".
 

Qeyd edək ki, təkcə aylıq ödənişlərin yığılması deyil,ABŞ Ədliyyə Nazirliyi bu ay 1,7 milyon dollarlıq illik sığorta haqqını ödəyəcəyini də bildirib. ABŞ, həmçinin mart ayında təmir üçün “Amadea”nı qurutmaq üçün 5,6 milyon dollar xərcləməli olacaq. Bu müddət ərzində aylıq ödənişlər dayandırılacaq.

Məhkəmə gəminin taleyini həll etməzdən əvvəl hakim əvvəlcə “Amadea”nın kimə məxsus olduğunu müəyyən etməlidir. Kağız üzərində qanuni sahibi “Millemarin Investments” olsa da, ABŞ Kərimovun benefisiar sahibi və nəzarəti olduğunu iddia edir. Məsələni daha da mürəkkəbləşdirən isə yaxtanın qanuni sahibinin Rusiyanın neft hasilatçısı “Rosneft”in keçmiş rəhbəri Eduard Xudainatov olduğunu iddia edilir. O, ABŞ sanksiyalarına məruz qalmayıb və “Amadea”nı öz limanına qaytarmaq istəyir.


Xudainatovun vəkilləri bildiriblər ki, müvəkkilləri yaxta ona qaytarılacağı təqdirdə ABŞ-a onun saxlanması xərclərini ödəyəcək. Bu günə qədər ABŞ “Amadea”ya təxminən 20 milyon dollar xərcləyib. Vəkillər həmçinin həbsin qanunsuz olduğunu da əlavə ediblər.

ABŞ Xudaynatovun mülkiyyət iddiasını rədd edib. Lakin məhkəmə qərar verənə qədər o, saxlanma haqqını ödəməlidir. Hal-hazırda ödəmədiyi üçün hökumət “Amadea”nı satmaq hüququnun olduğunu bildirir.
 

Xatırladaq ki, daha əvvəl Ukrayna Nazirlər Kabineti də keçmiş deputat və Rusiya prezidentinin xaç atası, Ukraynada vətənə xəyanətdə ittiham olunan Viktor Medvedçukun həbs edilmiş 92 metrlik yaxtasının satışına icazə vermişdi. Formal olaraq, “Royal Romance” yaxtası hökumətə gəmini satmağı təklif edən Aktivlərin İzlənməsi və İdarə Edilməsi üzrə Milli Agentlik (ARMA) tərəfindən idarə olunur.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...