Tarixdə ilk - Rusiyanın dondurulmuş aktivlərindən yarım milyonu Estoniya vasitəsilə Ukraynaya veriləcək

Tarixdə ilk - Rusiyanın dondurulmuş aktivlərindən yarım milyonu Estoniya vasitəsilə Ukraynaya veriləcək

Birləşmiş Ştatlar tarixdə ilk dəfə olaraq müsadirə edilmiş Rusiya aktivlərini Estoniyaya keçirəcək və bu aktivlərdən Ukraynaya dəstək üçün istifadə olunacaq. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.


Sfera.az bildirir ki, Münhen Təhlükəsizlik Konfransında ABŞ baş prokurorunun müavini Liza Monako və Estoniyanın baş katibi Tinis Saar Rusiya aktivlərinin müsadirəsi nəticəsində əldə edilən 500 min dolların yenidən bölüşdürüldüyünü elan ediblər.


ABŞ Ədliyyə ABŞ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yarım milyon dollar köçürəcək


Amerika Ədliyyə Nazirliyi qeyd edib ki, Rusiya Federasiyasının hərbi sənayesi üçün yüksək dəqiqlikli dəzgahların qeyri-qanuni alınması şəbəkəsi ilə bağlı müvafiq vəsait müsadirə edilib.


“Bu transfer Ukraynaya açıq şəkildə kömək məqsədi ilə ABŞ-dan xarici müttəfiqə edilən ilk transferdir”- bəyanatda deyilir.


ABŞ nazirliyi əlavə edir ki, Estoniya bu vəsaiti dəfələrlə raket hücumlarının hədəfinə çevrilmiş Ukraynanın enerji paylama və ötürmə sisteminə dəyən ziyanın qiymətləndirilməsi və kritik təmir işlərinin sürətləndirilməsinə yönəlmiş layihə üçün istifadə edir.


Xatırladaq ki, 2023-cü ilin oktyabrında Aİ və ABŞ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya keçirmək niyyətlərini təsdiqləyiblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...