Meymuna görə müharibə başladı

Meymuna görə müharibə başladı

Liviyanın cənubunda yaşayan iki qəbilə arasında silahlı qarşıdurma başlayıb. Sfera.az "sputnik”ə istinadən xəbər verir ki, Sabha şəhərində Qazazefe qəbiləsindən olan mağaza sahibinin meymunu yaxınlıqdan keçən və Süleyman övladı qəbiləsindən olan qıza hücum edib. Meymun qızın baş örtüyünü zorla çıxardıb. Dərhal sonra Süleyman övladı qəbiləsindən olan şəxs əvvəlcə meymunu sonra isə Qazazefe qəbiləsinə aid olan 3 nəfəri öldürüb. Daha sonra qarşıdurma daha da şiddətlənib və qəbilələr arasında müharibə həddinə çatıb.

Sabha şəhər xəstəxanasından bildirilib ki, məlum hadisələrlə bağlı son günlərdə 20 nəfər ölüb. Daha 50 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Şəhər bələdiyyəsinin qəbilələri atəşkəsə çağırması da qarşıdurmanı dayandırmağa kifayət etməyib. 
ək. 

OXŞAR XƏBƏRLƏR