“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqlədi

“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqlədi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib.

Sfera.az bildirir ki, “Fitch” hesab edir ki, Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ildə rekord minimum səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil edib. Buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi səbəb olub.
 

“Fitch” ekspertləri yüksək enerji qiymətlərinin Azərbaycanın suveren balansını gücləndirəcəyi, cari əməliyyatlar hesabının profisitinin 2023-cü ildə ÜDM-in 14,8%-nə çataraq “BB” kateqoriyalı ölkələr arasında ən yüksək səviyyədə qalacağını proqnozlaşdırır. “Fitch”, həmçinin neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, suveren valyuta aktivlərinin 2023-cü ildə əsasən Dövlət Neft Fondunun (ARDNF) hesabına 69,8 milyard dollara yüksəldiyini qeyd edib. 2023-cü ildə ÜDM-in 67%-i həcmində qiymətləndirilən Azərbaycanın xalis suveren aktivlərinin 2024-2025-ci illər ərzində sabit qalacağı və digər ölkələr arasında əlverişli mövqe tutacağı gözlənilir.
 

“Fitch”ə görə, Qarabağda yenidənqurma xərclərinin artmasına baxmayaraq, neft qiymətlərinin yüksəlməsini və qeyri-neft gəlirlərinin artmasının investisiya portfelində rekord yüksək gəlirləri əks etdirdiyinin göstəricisidir . Azərbaycan Qarabağla bağlı öhdəlikləri və müdafiə xərclərini ödəmək üçün qeyri-neft kəsirinin azaldılması hədəfini 2027-ci ilə qədər uzadıb.
 

2023-cü ildə Azərbaycanın ÜDM-in 21,8%-i qədər olan dövlət borcunun 2024-25-ci illərdə ÜDM-in orta hesabla 21,6%-i olacağı proqnozlaşdırılır.

“Fitch” agentliyi Azərbaycanın geosiyasi dinamikasını, xüsusən 2023-cü ilin sentyabrında həlledici hərbi əməliyyatdan sonra Qarabağ üzərində nəzarətin bərpasına da xüsusi diqqət çəkir.
 

Bundan əlavə, “Fitch” Azərbaycanda bank sektorundakı vəziyyətin yaxşılaşdığı qənaətindədir.
 

Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanla bağlı apardığı qiymətləndirmədə bildirilib.
 

“Fitch” Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalının 2023-cü ildə rekord minimum səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil etdiyini qeyd edib. Bu isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi hesabına mümkün olub.
 

“Azərbaycan banklarının kapitallaşması azalsa da, adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilidə 13,5 % (2022-ci ilin sonunda 15,2 %) təşkil edib” – “Fitch” agentliyinin hesabında qeyd olunur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...