Dələduzluqda təqsirli bilinən Tramp 355 milyon dollar cərimə olundu

Dələduzluqda təqsirli bilinən Tramp 355 milyon dollar cərimə olundu

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı fırıldaqçılıqda və dələduzluqda təqsirli bilib.



Sfera.az bildirir ki, məhkəmə Trampa 355 milyon dollar cərimə və bəzi məhdudiyyətlər tətbiq edib.


Jurnalistlərin fikrincə, cərimənin ödənilməsi Trampın bütün nağd aktivlərini silsə də, bu, onu müflis etməyəcək. Belə ki, Trampın sərvətinin böyük hissəsi daşınmaz əmlakla bağlıdır.


Məhkəmə həmçinin, siyasətçinin biznesi üçün təhlükəli olan geniş çeşidli cəzalar verib. Həm də Tramp eyni vaxtda dörd cinayət işi üzrə ittiham olunur.


Məlumata görə, hakim Enqoron Trampa 3 il müddətinə Nyu Yorkdakı hər hansı bir şirkətdə, o cümlədən öz “Trump Organization”da rəhbər vəzifə tutmasını qadağan edib. O, həmçinin Trampın yetkinlik yaşına çatmış oğullarına iki illik qadağa qoyub. Onlara 4 milyon dollardan çox cərimə təyin edilib.



"Onlardan biri Erik Tramp şirkətin faktiki baş icraçı direktorudur və bu qərar ailə üzvlərindən hər hansı birinin yaxın gələcəkdə biznesi idarə edə biləcəyini sual altına qoyur"- materialda deyilir.


Hakim Trampı və digər müttəhimləri illərdir öz səhvlərini etiraf etmək istəmədiklərinə görə də tənqid edib. O, Donald Trampın zorakı cinayətlər törətmədiyini qeyd edib, lakin səhvini etiraf etməməyin də yanlış olduğunu bildirib. Baş prokuror Letitia Ceyms bildirib ki, hakim həmçinin Trampa yüksək dərəcəli faiz təyin edərək, keçmiş prezidentin cəriməsini 450 milyon dollara çatdırıb.


Jurnalistlərin sözlərinə görə, Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. Trampın vəkillərindən biri Alina Habbanın dediyi kimi, hökm açıq-aşkar ədalətsizlikdir. O, Apellyasiya Palatasının qərarı ləğv edəcəyinə ümid edir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...