75 yaşlı Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunur

75 yaşlı Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunur

“Asteriks və Obeliks”, “Budaqlar”, “Uduzanlar” və digər filmlərdəki rolları ilə tanınan 75 yaşlı fransız aktyor Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunur.


Bu, fransız aktyorun birlikdə işlədiyi qadınlara qarşı cinsi təcavüzdə şübhəli bilindiyi ilk hal deyil. İlk ittihamlar 2018-ci ildə qəbul edilib, lakin ildən-ilə daha çox qadın oxşar ifadələrlə hüquq-mühafizə orqanlarına müraciət edir. Ötən ilin sonlarında Depardye tərəfindən cinsi qısnamalara məruz qaldığını iddia edən aktrisalardan biri intihar edib.


Sfera.az bildirir ki, cinsi qısnamanın yeni qurbanı yanvar ayının əvvəlində daha bir bəyanat yazıb.


Yanvarın 9-da yeni zərərçəkənin dediyinə görə, hadisə 2014-cü ildə Parisdə aktyorun evində, “Anje” filminin çəkilişləri zamanı baş verib.


Həmin vaxt 24 yaşı olan gənc qadının (adının açıqlanmasını istəmədiyi) dediyinə görə, aktyor Parisdəki şəxsi malikanəsində ilk görüşdən onun ombasına toxunub və nalayiq ifadələr işlədib.


Hazırda istintaqın davam edir. 75 yaşlı aktyora qarşı cinayət işi açılıb.


Hadisəyə Jerar Depardyenin vəkili də münasibət bildirib. O, aktyora qarşı növbəti şikayəti mətbuat vasitəsilə öyrəndiyini deyib. Bununla belə, o, müvəkkilinin davam edən digər məhkəmə işlərində olduğu kimi, cinsi zorakılıq kimi təsnif edilən bütün faktları qqəti şəkildə inkar etdiyini xatırladıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...