Pravoslav ölkələri arasında ilk - Yunanıstan eynicinsli nikahları qanuniləşdirdi

Pravoslav ölkələri arasında ilk - Yunanıstan eynicinsli nikahları qanuniləşdirdi

Yunanıstan eynicinsli nikahlara qanuni olaraq icazə verən ilk pravoslav ölkə oldu. Yunan parlamentinin nümayəndələri kilsə rəhbərlərinin etirazlarına baxmayaraq, sağ mərkəzçi hökumətin təklif etdiyi qanun layihəsini dəstəkləyiblər.
 

Sfera.az bildirir ki, Yunanıstan parlamentinin 176 üzvünün partiyalararası çoxluğu hökumətin təklif etdiyi qanun layihəsini dəstəkləyib. Səsvermədə 76 deputat əleyhinə, ikisi bitərəf qalıb, 46 deputat iştirak etməyib.
 

Yeni qanuna əsasən, Yunanıstanda eynicinsli cütlüklərə valideynlik hüququ verilsə də, surroqatlıq yolu ilə bioloji uşaq sahibi olmağa icazə verilməyəcək.


İctimai rəy sorğuları yunanların əksəriyyətinin qərarı dəstəklədiyini və buna görə də məsələnin ölkədə ciddi müzakirələrə səbəb olmadığını göstərir.
 

Dörd solçu partiya, o cümlədən ana müxalifətdəki “Syriza” partiyası qanun layihəsini dəstəkləyib. Eyni zamanda üç ifrat sağ partiya və Kommunist Partiyası qanun layihəsinə qarşı çıxıb.
 

Yeni qanun layihəsinə əsas etirazı heteroseksual cütlüklər arasında vətəndaş nikahlarına da qarşı çıxan Yunanıstan Pravoslav Kilsəsinin nümayəndələri bildiriblər.


Bundan əlavə, pravoslav yepiskopları islahata səs verən millət vəkillərini xaric etməklə hədələyiblər. İfrat sağçı “Spartalılar” partiyasının lideri qanunun cəhənnəmə qapıları açacağını bildirib.
 

LGBTQ+ hüquq qrupları da öz növbəsində qanun layihəsini tənqid edib. Onlar eynicinsli cütlüklərin surroqat analıqdan istifadənin qadağan olunmasının ayrı-seçkilik olduğunu bildiriblər.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...