Ana 5 yaşlı oğlunu öldürüb kanalizasiyaya atdı - FOTO

Ana 5 yaşlı oğlunu öldürüb kanalizasiyaya atdı - FOTO

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində qadın övladlığa götürdüyü 5 yaşlı uşağı öldürməkdə şübhəli bilinir. Onun meyiti cümə günü səhər kanalizasiya borusunda tapılıb. Bu barədə “New York Post” məlumat yayıb.

 

Sfera.az xarici mediaya istinadla xəbər verir ki, 5 yaşlı Darnell Teylorun çərşənbə günü itkin düşdüyü bildirilib. Həmin gecə oğlanın qanuni qəyyumu Pemmi Meyin əri polisin qaynar xəttinə zəng edərək arvadının uşağına zərər verdiyini deyib.

 

Kişinin sözlərinə görə, 48 yaşlı Pemmi onu yuxudan oyadıb ki, oğlan artıq sağ deyil. O, həyat yoldaşının bipolyar şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini və depressiya üçün dərman qəbul etdiyini də açıqlayıb.

 

Bu mesajı alan Kolumb polisi küçələrdən birində şübhəli hərəkət edən qadını saxlayıb. Onun Pemmi Mey olduğu ortaya çıxıb. O, polisə uşağın meyitini harada axtaracağını deyib.

 

5 yaşlı Teylor bir ildən az müddət ərzində Pemminin himayəsində olub. Bioloji valideynləri onun öhdəsindən gələ bilməyiblər və oğlunu mütəmadi olaraq görmək şərti ilə başqa ailəyə köçürməyə razılaşıblar. Əvvəlcə bu problem olmayıb. Mey uşağın ailəsini uzun illər tanıyıb. Hətta onların şənliklərində və pikniklərində iştirak edib. Lakin qəyyumluq müəyyən edildikdən sonra o, telefon zənglərinə belə cavab verməyib.

 

İndiyə qədər Mey adam oğurluğu və uşaqları təhlükə altına almaqda ittiham olunub. Prokurorluq adam öldürmə ittihamını davam etdirəcək. (Lent.az)

 


OXŞAR XƏBƏRLƏR