İran yeni hava hücumundan müdafiə sistemlərini təqdim etdi - FOTOLAR

İran yeni hava hücumundan müdafiə sistemlərini təqdim etdi - FOTOLAR

İran yeni hava hücumundan müdafiə sistemlərini təqdim edib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı İranın rəsmi xəbər agentliyi olan İRNA məlumat yayıb. 

 

Məlumata görə, İran bu gün yerli istehsal olan “Arman” antiballistik raket sistemi və “Azaraxş” aşağı hündürlükdə hava hücumundan müdafiə sistemi də daxil olmaqla yeni silahlarını nümayiş etdirib.

 

İki avtomobilə quraşdırılan sistemin açılış mərasimi İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin iştirakı ilə baş tutub.

 

"Ölkənin müdafiə şəbəkəsinə yeni sistemlərin tətbiqi ilə İran İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq", - İRNA bildirib.

 

Qeyd edilib ki, “Arman” raket sistemi eyni vaxtda 120-180 km məsafədə altı hədəfə qarşı müdafiə yarada bilir, “Azaraxş” raket sistemi isə 4 atışa hazır raketlə 50 km məsafəyə qədər hədəfləri aşkar edərək məhv edə bilir. 

 

Xatırladaq ki, ötən ilin iyun ayında İran yerli istehsalı olan ilk hipersəs ballistik raketi- 1400 kilometr mənzilli “Fəttah”ı təqdim edib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...