Afaq Bəşirqızıdan SƏRT SÖZLƏR: "Artıq-əskik sözlər yazma, rədd ol, get teatrdan"

Afaq Bəşirqızıdan SƏRT SÖZLƏR:

“Daxili baxışda tamaşa haqqında nəticə çıxartmaq olmaz. Söhbət “Qadınım” tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmazdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əlbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqqıda resenziya yazmazlar”
 

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

 

O daha sonra əlavə edib:
 
“Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu, sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları “Qadınım” tamaşası haqqında yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə, bu tip tamaşaların olması normaldır. Bu, türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli, sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O, birinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda “Paris Notrdam kilsəsinə ithaf”, “Anamın kitabı”, “Psix”, “Mənim günahım” və s. tamaşalar olduğu halda “Qadınım” tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu, teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa, çox xahiş edirəm rədd ol, çıx oradan. Nəinki başqa artıq-əskik sözlər yazasan”.

 


Xalq artisti “Şən gənc” layihəsində münsif olaraq iştirak etdiyini qeyd edib:

 


“Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. “Bu şəhərdə” komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu,  tərbiyəli, əhəmiyyətli verilişdir. Mən “Bu şəhərdə” komandasına və Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər, bu sənətkarlar nə irad tutacaqlar? Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan sanki mükafat alıb çıxırmışlar kimi gedirlər. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onların bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır”.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...