Elektromobillər daha çox alınır – Avropa sürətlə “yaşıl” nəqliyyata keçir

Elektromobillər daha çox alınır – Avropa sürətlə “yaşıl” nəqliyyata keçir

Keçən il Avropa İttifaqında (Aİ) cəmi avtomobil satışları 10,5 milyona çatıb və elektrik avtomobillərin bazar payı artaraq dizel avtomobillərinin payını ötüb. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə Aİ-də satılan avtomobillərin 1,5 milyonu və ya 14,6 faizi elektromobillərdən ibarət olub. Dizel avtomobillərinin satışı isə 1,4 milyon ədədə çatıb və bazar payı 2022-ci ildəki 16,4 faizdən 13,6 faizə düşüb. 


Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Aİ avtomobil bazarı keçən il 2022-ci ilə nisbətən 13,9 faiz artıb. Aİ-də benzinlə işləyən avtomobillər hələ də ən böyük bazar payına sahibdir. 2023-cü ildə satılan benzinlə işləyən avtomobillərin bazar payı 35,3 faiz olub. 


Aİ-də hibrid avtomobil satışları 2022-ci illə müqayisədə 29,5 faiz artaraq 2,7 milyon ədədə çatıb. Hibrid avtomobillər ümumi avtomobil bazarının dörddə birini təşkil edib. 2024-cü ilə dair açıqlanan proqnozlara əsasən, bu il satılacaq avtomobillərin 20 faizini elektromobillər təşkil edəcək. 


Elektrik avtomobillərinin satışında “Tesla”, “Wolkswagen” və “Renault” markaları ən əhəmiyyətli markalar kimi önə çıxır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...