"Müttəfiqlər arasında ziddiyyətlər artır, NATO dağılacaq, yeni..." - ŞƏRH

ABŞ Dövlət Departamentinin sözçüsü Daniel İsaak NATO daxilində ziddiyətlərin artdığını bildirib.Onun sözlərinə görə, buna səbəb dünyada artan gərginliklərdir. D.İsaak həmçinin söyləyib ki, rəsmi Kiyevin Alyansa üzvlüyü hələ ki müzakirə mövzusu deyil. Daha əvvəl ABŞ-nin məşhur “Politico” nəşri isə yazmışdı ki, Alyansın dağılması an məsələsidir.


Bəs bu hadisələr fonunda NATO dağıla bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ümumiyyətlə, konfliktlər gücləndikcə müttəfiqlər arasındakı ziddiyət artır. Bu, NATO müttəfiqləri üçün də istisna deyil:


“Nəzərə almaq lazımdır ki, Alyans daxilindəki dövlətlərin maraqları heç də bütün məsələlərdə üst-üstə düşmür. ABŞ və Avropanın, xüsusilə Ukraynadakı müharibə ilə bağlı mövqeləri fərqlidir. Verilən açıqlamalar və baş verənlər göstərir ki, Vaşinqton Şərqi Avropadakı döyüşlərlə bağlı artıq geri addım atır. Bu,  ABŞ-nin Ukraynaya dəstəyinin azalmasında hiss olunur. Avropa və ABŞ arasındakı ziddiyyətlər, əlbəttə, NATO daxilindəki həmrəyliyə də mənfi təsir edir”. 


K.Novruzovun sözlərinə görə, NATO-nun iki mühüm müttəfiqi - ABŞ ilə Türkiyənin müxtəlif regionlarla bağlı fikirləri üst-üstə düşmür:


“Bu, özünü Şərqi Avropada, Yaxın Şərqdə, Cənubi Qafqazda aydın göstərir. Sözügedən fikir ayrılığı isə öz növbəsində tərəflər arasındakı ikitərəfli münasibətlərə təsir edir. Həmçinin Türkiyə ilə Yunanıstan arasındakı gərgin münasibətlər də NATO-nun gələcəkdə dağılması ilə bağlı ehtimalları artırır. Nəzərə almaq lazımdır ki, tərəflər arasında zaman- zaman baş tutan dialoqa rəğmən, Balkanlardakı adalar uğrunda mübarizə hələ də bitməyib. Üstəgəl, Afina Ankaranın təhlükəsizlik maraqlarına zidd addım ataraq, adaları silahlandırmağa davam edir”.


Politoloq qeyd edib ki, Alyansın getdikcə güclənməsi Rusiyanı narahat edir:


“NATO üzvlərinin hər birinin rəsmi Moskvaya münasibəti eyni deyil. Məsələn, Türkiyə bir çox müttəfiqindən fərqli olaraq Rusiya ilə münasibətlərin qorunmasına çalışır. Bu isə o deməkdir ki, Alyansla Rusiya arasında münasibətlər daha da gərginləşərsə və birbaşa müharibə ehtimalı yaranarsa, NATO-nun dağılması üçün ciddi zəmin formalaşacaq”.

 

Siyasi şərhçi sonda ABŞ-dəki prezident seçkilərinin nəticəsinin də NATO daxilindəki həmrəyliyə təsir edə biləcəyini vurğulayıb:


“Əgər seçkilərdə Respublikaçılar qalib gəlsə, onda Rusiya ilə münasibətlər qismən loyallaşacaq. Bu isə digər müttəfiqlərin Vaşinqtonla narazılığına səbəb olacaq.Beləliklə, NATO- nun parçalanması üçün kifayət qədər əsas var. Əlbəttə, bu, birdən - birə olmayacaq. Ancaq proses məhz Alyansın dağılmasına doğru gedir. Bundan sonra isə yeni dünya nizamı formalaşacaq”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...