“ABŞ Navalnının ölümündən istifadə edib Rusiyanın daxili işlərinə qarışır" - Antonov

“ABŞ Navalnının ölümündən istifadə edib Rusiyanın daxili işlərinə qarışır

“ABŞ-nin Navalnının ölümünə reaksiyası Rusiyanın daxili işlərinə qarışmaq üçün növbəti cəhddir”.

 

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.

 

Səfirin sözlərinə görə, Rusiyanın daxili siyasətinə müdaxilə etmək üçün ölümü bəhanə edirlər:

 

"İnsan ölümü faciədir. Bu vəziyyətdə hadisənin bütün təfərrüatlarını anlamaq son dərəcə vacibdir. Lakin ABŞ siyasətçiləri gözləmək istəmirlər və artıq Rusiya hakimiyyətini günahlandırıblar. Burada alçaldıcı hücumlar üçün, ən əsası isə əlavə sanksiyaların tətbiqi üçün səbəb axtarırlar. Əsas vəzifə dağılmaqda olan “Pax Americana”nı qondarma qaydalar əsasında xilas etməkdir".

 

"Belə siyasət qəbuledilməzdir. Yaxşı olar ki, yerli liderlər öz ölkələrinin təcili tədbirlər tələb edən problemlərinə diqqət yetirsinlər", - Antonov qeyd edib.


  
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden cümə günü rusiyalı müxalif Aleksey Navalnının həbsxanada ölümündən sonra Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları sərtləşdirə biləcəyi ilə bağlı düşündüklərini deyib.

 

"Biz nə baş verdiyini dəqiq bilmirik. Lakin heç bir şübhə yoxdur ki, Navalnının ölümü Putin və onun quldurlarının etdiklərinin nəticəsidir", - ABŞ prezidenti bildirib.

 

Xatırladaq ki, Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Vilayəti üzrə İdarəsi bildirib ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Penitensiar qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal gəlib, lakin onların 30 dəqiqədən çox davam edən xilasetmə cəhdləri uğursuz olub.

 

Yamalo-Nenets Muxtar Vilayətinin İctimai Nəzarət Komissiyası bildirib ki, Navalnı nə səhhətindən, nə də həbsxana şəraitindən şikayət edib.Regionun insan haqları üzrə müvəkkili də bunu təsdiqləyib.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...