Gəncədə 5 otaqlı ev tamamilə YANDI
Hadisə
12:04 / 17.02.2024
7672
Gəncə şəhərində fərdi evdə yanğın olub.
Sfera.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.